Rusiyanın zəngin vətəndaşları arasında bunkerlərə, həmçinin təhlükəsiz otaqlara tələbat artıb.

Bu barədə “Forbes” xəbər yayıb.

Bildirilir ki, varlı insanlar bu yolla özlərini iğtişaş və hücumlardan sığortalamaq istəyirlər.

Tam təminatlı yeraltı bunkerlərin tikintisi ilə bağlı tələb əsasən, Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdən gəlir. Lakin zənginləri bunkerdən daha çox artıq tikilib hazır olan evlərdə hermetik qapı-pəncərələr, avtonom ventilyasiya, həmçinin silah, ehtiyat su və ərzaqla təchiz edilmiş, enerji təminatı olan təhlükəsiz otaqlar maraqlandırır.

“Müştərilər dünyanın dəyişdiyini, hər şeyin əvvəl göründüyü kimi sabit və yaxşı olmadığını başa düşürlər. Bu gün pandemiyadır, koronavirus yayılıb, sabah başqa bir şey – qiyam və ya nüvə müharibəsi ola bilər”, – deyə bunkerlərin inşası üzrə mütəxəssislər bildirirlər.

O da qeyd olunur ki, bu cür obyektlərin qiyməti 1 milyon rubldan (23 670 AZN) 2 milyon dollara (3 400 000 AZN) qədər dəyişir.

450 195 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin