Fakttv.com xəbər verir ki, tanınmış gənc ictimai fəal Seymur Bayramov öz facebook hesabında Qaraciyər sirrozu xəstəsi olan Nurlan İsrəfilova dəstək məqsədilə paylaşım etmişdir. Paylaşımda deyilir: Ən ali həyat prinsipim bu həyatı tək özüm üçün yox başqalarının da sevinci, ümidi üçün yaşamaqdır. Xatırlayırsınızsa Zərdab rayonu Məlikli kənd sakini Nurlan İsrafilov haqqında paylaşım etmişdim.
Nurlan qardaşımızla birgə onun sağlamlığına qovuşması üçün mücadilə aparırıq. Xatırlatmaq istərdim ki, Nurlan qardaşım bir-neçə ağır xəstəlikdən əziyyət çəkir. Qara ciyər serrozudur, ağ ciyərində iltihab gedir. Hər iki əməliyyat, xüsusilə qaraciyər böyük vəsait tələb edir. Çünki transplantasiya edilməlidir. Ölkəmizin 1-ci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həmyerlimizin əməliyyat xərcləri qarşılanmışdır. Nurlan hal hazırda Bona Dea İnternational Hospitalın peşəkar həkim kollektivinin nəzarətindədir. Ancaq, müayinələr zamanı daha bir xəstəlik müəyyən olunmuşdur. Həmin problem də əlavə əməliyyat və xeyli vəsait tələb edir. Mütləq qeyd etməliyəm ki, həmyerlimizin bunca problemini diqqətdə saxlayan çox dəyərli Millət Vəkilimiz Jalə xanım Əliyeva aidiyyatı qurumlarla mütəmadə əlaqə saxlayaraq əməliyyatın reallaşması üçün bütün lazımı proseslərin icrasını xahiş etimişdir. Mütəmadə olaraq Nurlan qardaşımızla əlaqə saxlayır və vəziyyətini maraqlanır. Çox minnətdarıq. Nurlanın damağında iltihab prosesi getdiyi, 16 dişinin çıxarılmalı olduğunu, qanının faizinin çox aşağı olduğunu və belə vəziyyətdə əməliyyat edilməsinin tibbi baxımdan təəssüf ki, imkansız olduğu üçün hazırda qan dəyərlərinin normallaşması və əməliyyat zamanı qanaxma riskinin azalması üçün Nurlan əməliyyata hazırlıq mərhələsi kimi, 14 gün ərzində “Revolade-50” preparatını qəbul etməlidir. Artıq uzun zamandır ki Nurlanla birlikdə bu xəstəliklə mübarizə aparırıq və ən böyük arzum onun sağlamlığına qovuşmasıdır. Bu mübarizədə bizim yanımızda olan və demək olar ki hər gün Nurlanın səhəti ilə maraqlnan Millət Vəkilimiz Jalə xanım Əliyevaya, Nurlanın dostları, doğmaları, qohumlarına minnətdarıq. Həmyerlimizin ən böyük himayəçisi və dəstəkçisi Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarıq.
Əziz dostlar, dəyərli həm yerlilərim, hal hazırda Nurlanın damağ əmliyyatı üçün 5000 AZN məbləğində vəsait lazımdır.
Həmyerlimiz üçün birləşək! Nurlan üçün birləşək. Təkcə Nurlan üçün yox onun ailəsi, min bir əziyətli həyat və iztirab yaşayan gözü yaşlı anası və atası üçün BİRLƏŞƏK!

Nurlan üçün birləşək
Bir can üçün paylaşaq!
Bir can üçün on minlərlə olaq!
Bank: Kapital Bank ASC Zərdab rayon filialı
Branch code: 200468
Corrsepondent account: AZ37NABZ013500100000000001944
Tax İD: 9900003611
SWIFT code: AIIBAZ2X
Account number: AZ40AIIB45810019444600005146
Card Account Number: 38810944005716986146
Əlaqə nömrəsi: +994 50 698 23 15 Nurlan İsrafilov
+ 994 50 986 71 30 Nurlan İsrafilovun atası

450 297 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin