“Yanvar ayında Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına aid “Boeing 737-800” təyyarəsi ilə bağlı İranla danışıqlar nəticəsiz qalarsa, Kiyev mümkün olan hər yerdə Tehranın kollektiv izlənməsi yolu ilə gedəcək”.

“Sputnik”in məlumatına görə, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba bəyan edib.

Bundan əvvəl Ukrayna Baş Prokurorluğundan bildirilmişdi ki, “qara qutu”ların Kiyevə təhvil verilməsi məsələsi hələ də həll olunmamış qalıb.

Həmçinin o da vurğulanıb ki, İran tərəfi hüquqi məsuliyyət və təzminat məsələlərini müzakirə etmək istəyir.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə nəticəsində 176 nəfər həlak olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.

450 142 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin