“Mən bu günlərdə evdə məşq edirəm. Çünki çölə çıxa və futbol oynaya bilmirəm”.

Fakt TV xəbər verir ki, bunu “Səbail” klubunun futbolçusu Hendrik Eksteyn CAR-ın kickoff.com saytına açıqlamasında bildirib.

O, Azərbaycanda xüsusi karantin rejimində evdə formada qalmağın yollarından danışıb:

“Trenajor avadanlığı almışam. Onun köməyi ilə evimdə hazırlaşa bilirəm. Oyunçu kimi insanlara nə məsləhət verə bilərəm? Kimin belə bir avadanlıq almağa imkanı yoxdursa, ən azı evdə bir döşək üzərində uzanmaqla qarın əzələlərini bərkidə bilər.

Lazım olan hər şeyi ala bilmirsənsə, onda formada qalmaq üçün nə lazımdırsa, ondan istifadə etməlisən. Aydın məsələdir ki, futbol meydançasında və ya trenajor zalında olduğu kimi formada olmayacaqsan”.

29 yaşlı mərkəz yarımmüdafiəçisi Azərbaycanda koronavirusa görə, təhlükənin CAR-dakı kimi olmadığını bildirib:

“Azərbaycanda həyatın dayandığını deyə bilmərəm. Çünki biz çölə çıxa bilirik. Buradakı vəziyyət CAR-dakı kimi deyil. Amma yenə də evdə qalmağın vacibliyini vurğulayırlar. Ona görə də, həmişə evdə qalmağımız lazımdır. Hətta buna görə bizə klubdan proqramlar da verilib.

Yeni klubumda hər şey qaydasındadır. Azərbaycana yenidən qayıtdığım üçün çox şadam. Əvvəlki tək futbol oynayacağam. Çünki mənim istədiyim də futbol oynamaq idi”.

450 30 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin