Vəfa Collection şirkətinin rəhbəri, ilk “made in Azerbaycan” tekstil brendinin yaradıcısı, Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi, riyaziyyatçı, hüquqşünas, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri,əslən Zərdab şəhərindən olan Vəfa Muradzadə Koronavirusla Mübarizə Dəstək Fonduna 20.000 tibbi maska ianə edib.
Bir müddət öncə tanınmış iş adamı Vəfa Muradzadə Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə etmişdi və bildirmişdi ki,tezliklə yenidən 10.000 tibbi maska ianə edəcəyik.
İş adamı Vəfa xanım Qanunla.az-a açıqlamasında bildirib ki,bu gün söz verdiyimiz kimi yenidən 10.000 tibbi maska Koronavirusla Mübarizə Dəstək Fonduna  ianə etdik.
Yardımlarımızı bununla bitirmək istəmirəm Dövlətimizə dəstək olaraq,bu ağır gündə insanlarımıza dəstək olaraq, boyüyüb boya-başa çatdığım Zərdab rayonunda insanların sosial durumlarını nəzərə alıb 5.000 tibbi maska hazırlanlanmasına göstəriş vermişəm.Tezliklə işlərimizi yekunlaşdırıb tibbi maskaları Zərdab rayonuna göndərəcəyik.

Qeyd edək ki,Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

450 16 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin