Eventus, Gold Paper təsisçi və direktor, Zərdabi LTD MMC Kommersiya Direktoru Biznesmen, sahibkar, ictimai xadim, təlimçi Seymur Bayramov Zərdab şəhərindən olan çətin şəraitə düşən gənc bir ailəyə yardım edib.
Seymur Bayramov Qanunla.az-a bildirib ki,hal-hazırda bütün dünyanın təsiri altında olduğu virusun çətin bir şəraitin nəticəsində insanlarımız tək özlərini yox, özlərindən də, daha çox digər çətin duruma düşən vətəndaşları düşünsünlər.Bu proseslərdə evdə qalıb daha çətin şəraitə düşən insanlarımız var və bu çətin şəraitdə o insanlara sosial məsuliyyət dəyərləri baxımından mütləq diqqət və qayğı nəyinki dövlət tərəfindən eyni şəkildə vətəndaşlar tərəfindən göstərilməlidir.

İndiki çətin durumda Dövlətimizin, Millətimizin yanında olmaq hər birimizin vətəndaşlıq borcudur. Hər bir insanın sosial məsuliyyəti çox yüksək olmalıdır. Hər insan maksimum dərəcədə bu sosial dəyərlərə sahiblənərək diqqət və qayğıya ehtiyacı olan insanlara kömək etməlidirlər. Vətəndaşların bir-birinə həm maddi həm də mənəvi kömək olması özü ayrılıqda Dövlətimizə bir dəstəkdir. Buradan bütün iş adamlarına, imkanlı şəxlərə səslənirəm. Maddi vəziyyəti çətin durumda olan insanlara köməklik göstərsinlər. Hal-hazırki dövrdə həmrəy olmaq lazımdır. Şübhə yoxdur ki, edilən hər bir kömək, kömək etdiyin şəxsdən əvvəl Tanrıya agah olur.Mən mütəmadi olaraq köməyə çox zəruri ehtiyacı olan ailələrə öz imkanı daxilində köməklik edirəm.Dövlətimiz, Millətimiz naminə bu çətin anda həmrəy olmağa, zəruri ehtiyacı olan şəxlərə kömək etməyə çağırıram.

450 18 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin