Ucarda qətl hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi torpağı belləmək üçün nəzərdə tutulan “lapatka” ilə vurub.

Q.Musayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin