Fakt TV xəbər verir ki,Vəfa Collection şirkətinin rəhbəri, ilk “made in Azerbaycan” tekstil brendinin yaradıcısı, Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi, riyaziyyatçı, hüquqşünas, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri Vəfa Muradzadə 10.000 tibbi maska Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib.

Tanınmış iş adamı Vəfa Muradzadənin Qanunla.az-a açıqlamasında bildirib ki,dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 tibbi maska ianə etdik.Bir necə müddətdən sonra yenidən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 tibbi maskası  ianə edəcəyik.



ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin