Bakı Olimpiya Stadionu ərazisindəki “Olympia Döyüş Klubu” idman zalı və “GYM Olympiyskiy” fitnes mərkəzi qeyri-müəyyən müddətədək fəaliyyətini dayandırır.

BOS-un mətbuat xidmətindən Fakttv.com verilən məlumata görə, qadağa bu gecədən qüvvəyə minəcək. Qadağa Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi məhdudiyyət aradan qalxdıqdan sonra götürüləcək. Müsafirlərdən yaranmış vəziyyəti anlayışla qəbul etmələri xahiş olunur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edəcək.

450 14 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin