Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

Fakttv.com xəbər verir ki, təbrik Birinci Vitse-prezidentin “İnstagram” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir: “Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə, Mehriban!”.

450 12 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin