Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə həmyerlisi Lionel Messi haqda danışıb.

Metbuat.az xəbər verir ki, 59 yaşlı sabiq oyunçu jurnalistin “Messi gələcəkdə “Napoli”də çıxış edə bilərmi?” sualına belə cavab verib:

“Messi hazırda eniş dövrünü keçirir. Amma o, mənim yaşadığım həyatı yaşamayıb. Messi “Napoli”də oynaya bilər. Amma açıq danışaq, mənim etdiklərimi bacarmazdı. “San Paolo” stadionunun Dieqosu olsa da, ümid edirəm ki, “Napoli” azarkeşlərinin bir Messisi olar”.

Qeyd edək ki, D.Maradonanın 1984-1991-ci illərdə formasını geyindiyi “Napoli” Çempionlar Liqasının 1/8 finalında “Barselona”nın rəqibidir. Komandalar arasında ilk oyun 1-1 hesabı ilə başa çatıb. Cavab isə görüşü martın 18-i keçiriləcək.(qol.az)

450 10 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin