Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha bir erməni hərbçi ölüb.

Fakt TV xəbər verir ki, hadisə ötən gün saat 19:00 radələrində hərbi hissələrdən birində baş verib. İrəvandan olan 23 yaşlı Ayk Asryan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

450 12 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin