MSK-nın iclasında daha sonra 81 saylı Beyləqan, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 42 saylı Sumqayıt, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri üzrə daxil olan bir sıra şikayətlərə baxılıb.

Bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarına aid olduğundan müvafiq DSK-lara göndərilməsi barədə qərar qəbul edilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 91 saylı Ucar Seçki Dairəsi üzrə şikayətə baxılıb.

Fakt tv xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, 91 saylı Ucar Seçki Dairəsi üzrə pozuntulara yol verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət olunub.

Qaydaya görə, müraciət əvvəl Dairə Seçi Komissiyasında (DSK) araşdırılmalıdır.

Bu səbəbdən müraciətin araşdırılması üçün DSK-ya göndərilməsi barədə qərar qəbul olunub.

Səxavət

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin