Yunan-Roma güləşi üzrə yığmamızın əsas simalarından biri İslam Abbasov (87 kq) Avropa çempionatında bürünc medal qazanıb.

Fakt tv xəbər verir ki, ardıcıl ikinci dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan pəhləvanımız Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:

“Yarış yaxşı keçdi. Rəqiblər güclü idi. Çətin qrupa düşmüşdüm. Ona görə də sona kimi mübarizə aparmalıydım. Yarımfinala qədər çox güc sərf etməli oldum. Yorğunluq və yol verdiyim səhv sözünü dedi. Bundan sonra görüşü lehimə çevirmək mümkün olmadı. İndi lisenziya turnirinə tam güclə hazırlaşmaq lazımdır. Çalışacağam ki, növbəti yarışları səhvsiz keçirim”.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin