ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün hazırlandığı iddia edilən “Yüz ilin müqaviləsi”nin detallarını açıqlayıb.

Fakt Tv-ın məlumatına görə, plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq. Tramp bildirib ki, planda Fələstin dövlətinin indiki ərazisinin 2 dəfə artırılması nəzərdə tutulur.

“Fələstin müstəqil, suveren dövlət olacaq” deyən Tramp, prezident Mahmud Abbası planı dəyərləndirməyə çağırıb. “Ağ ev” rəhbərinin sözlərinə görə, Fələstin planı qəbul edərsə, Vaşinqtonun hər cür dəstəyini alacaq. Tramp bəyan edib ki, plan yüzminlərlə fələstinliyə iş imkanı yaradacaq. Bütün bunların həyata keçirilməsi üçün xüsusi komissiya qurulacaq.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin