Pakistanın Pəncab vilayətindəki ətirlərin istehsal olunduğu fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb. Onlarla yaralı var.

Fakt Tv BBC-yə istinadən xəbər verir ki, güclü partlayışdan sonra ərazidə yanğın başlayıb. Yanğınsöndürənlər alovu ram etmək üçün bir neçə saat səy göstərib. Təhlükə səbəbiylə yaxınlıqda yerləşən sakinlər təxliyə edilib.

Ərazini bürüyən yanğını və tüstünü bir neçə kilometr məsafədən müşahidə etmək mümkün olub. Hadisənin səbəbləri araşdırılır.

 

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin