Sumqayıt da “Eko fikir – eko film” layihəsinə yekun vuruldu.
Fakt Tv xəbər verir ki,22 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilən “Eko fikir – eko film” müsabiqəsi layihəsinə yekun vurulmuşdur. Gənclər Evində reallaşan sonuncu vido-sujet müsabiqəsində şəhərin müxtəlif sahələrini təmsil edən gənclər iştirak etmişlər. Müsabiqədə çıxış edən layihə rəhbəri Ozal Abbasov layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu qeyd etmiş, layihənin məqsədinin gənclərimizin ətraf mühitin mühafizəsinə olan münasibətini müsbət istiqamətdə dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, gənclərinin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini, məsuliyyətini artırmaq və bu istiqamətdə yaradıcı senariləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd etmişdir. Vurğulandı ki, müsabiqəyəaltı senari təqdim edilmiş və onlardan dördü çəkilişə uyğun hesab edilmişdir.     Layihənin kordinatoru Əli Miriyev, ekspertlər əməkdar artist Sumqayıt Dövlət Dram Teatrının aktyorlarıCəlal Məmmədov, Şəmistan Süleymanlı, “Bay Film” media şirkətinin rəhbəri, kinorejisor Sahil Nəzərov və gənc qiratəçi Əliyar Rəfiyevçıxışlarındalayihənin gənclərin ictimai-mədəni məsuliyyətinin inkişafına, rejisorluq sahəsində bacarıqlarının nümayiş etdirmələrinə, ətraf mühitin qorunması qaydalarına əməl etmələrinə, ekoloji problemərin aradan qaldırılmasına müsabət təsir edəcəyini vurğulamışlar. Daha sonra video-sujetlərə baxış keçirilmiş və ekspertlərin rəyinə əsasən “Sumqayıtımızı Təmiz Saxlayaq” I, “Tullantısız Həyat” II, “Yaşıllığı qoruyaq” adlı video-sujet isə III yerə layiq görülmüşdür.Sonda iştirakçılara sertifikatlar, qaliblərə isə hədiyyələr təqdim olunmuşdur.



ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin