Rəqqasə Fatimə İstanbulda dünyaca məşhur ulduzlarla “görüşdü” – FOTO

0

Rəqqasə Fatimə Fətəliyeva şou-biznesin söz-söhbətlərindən uzaqlaşmaq üçün Türkiyənin İstanbul şəhərinə yola düşüb.

Fakttv.com oxu.az-a istinadən xəbər verir ki, rəqqasə İstanbulun İstiqlal küçəsində yerləşən dünyaca məşhur “Madame Tussauds” muzeyinə üz tutub.

Orada Hollivudun məşhur aktyorları Brus Uillis, Ceki Çan, müğənnilər Maykl Cekson, Beyonse, Barış Manço, Murad Boz və başqalarının heykəlləri ilə fotolar çəkdirən F.Fətəliyeva onları şəxsi “Instagram” hesabında “ünlülərlə” başlığı altında paylaşıb.

Yayımladığı fotolar izləyicilər tərəfindən maraqla qarşılanıb.

Fakttv.com

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin