Los-Ancelesdə yaşayan 20 yaşlı model Kaylen Vard Avstraliyada baş verən yanğınların qarşısının alınmasına dəstək üçün kampaniyaya start verib. 

“Qafqazinfo” xəbər verir ki, “The naked philanthropist” (çılpaq xeyriyyəçi) adı ilə özünə profil açan Vard koala xəstəxanası, yanğın təşkilatı, bir sözlə, qitədə baş verən yanğınlar üçün 10 dollar yardım edən şəxslərə çılpaq şəklini yollayır. Beləliklə, 20 dollar yardım edən şəxs 2 şəkil, 30 dollar yardım edən isə 3 şəkil əldə edə bilir.

Model bu yolla 3 gün ərzində 1 milyon dollar pul toplaya bilib:

“Çılpaq bədənimi internetdə milyonlarla insana göstərmək məcburiyyətində qalsam da, Avstraliya üçün 1 milyon dollar yardım yığa bildim. Bu, heç də asan olmadı və qorxuducu hiss idi. Ancaq mən bunu bacardım, çünki kömək üçün nəsə etmək istəyirdim”.

Təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün Kaylen Vardın instaqram profili silinsə də, o, tvitterdə yardım kampaniyasını davam etdirir. Hazırda 290 minə yaxın izləyicisi var.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin