“Grammy” mükafatçısı, dünyaca məşhur repçi Kardi B ABŞ vətəndaşı olmaqdan narahatdır. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, tvitter səhifəsində məlumat verib.

Sənətçi sosial şəbəkədə Amerika vətəndaşlığından imtina edəcəyini açıqlayıb. Kardi doğulduğu Nigeriyanın bir üzvü olmaq istədiyini qeyd edib. O, Prezident Donald Trampın apardığı siyasətin doğru olmadığını, ABŞ-ın İrana qarşı savaş açmasını dəstəkləmədiyini vurğulayıb:

“Bu adam amerikalıları təhlükə altında yaşadır. Tramp bu günədək belə axmaq addım atmayıb”.

Kardinin tviti siyasətçi, Nigeriya Diaspora Komissiyasının sədri Abike Dabiri-Erewanın diqqətini çəkib. O, paylaşıma “səni aramızda görməyi səbrsizliklə gözləyirik. Qapımız hər zaman üzünə açıqdır” rəyini yazıb.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin