İraq Hərbi Qüvvələri keçirdikləri əməliyyat nəticəsində İŞİD terror təşkilatının beş hərbi bazasını məhv ediblər.

Bu barədə İraq Tibb Birliyinin “Facebook” səhifəsində məlumat verilib.

Hərbçilər dronlar vasitəsilə Əl-Raşad rayonunun beş kəndində əməliyyat həyata keçiriblər.

Əməliyyat nəticəsində 10-a yaxın partlayıcı qurğu ələ keçirilib.

İraq Rusiya, ABŞ, Suriya və Türkiyə ilə bərabər İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirir.