Bakıda 17 yaşlı oğlan itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbə sakini Nəcəfov Orxan Elnur oğlu dekabrın 8-i gecə saat 2-3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 179 sm, dolu bədənli, gözləri qəhvəyi rəngdi. Evdən çıxarkən əynində boz palto, qara cins şalvar, qara ayaqqabı olub.

Qeyd edək ki, O.Nəcəfov evdən çıxarkən üzərinə heç bir əşya aparmayıb.

Yaxınları onun vəziyyətindən çox narahatdır. O.Nəcəfovu görənlərdən 0552064606 nömrəsinə zəng vurmaları xahiş olunur.

Dursun Tağıyeva