Hazırda bu məsələ ilə bağlı nazirlik qərar verməyib

Yeni il bayramında tədrisi 5 və 6 günlük olan orta məktəblərdə neçə gün tətil olması hələ müəyyən edilməyib.

Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı nazirlik qərar verməyib:

“Hələlik həmin vaxta bir müddət var. Təhsil Naziliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək”.