Zərdab rayonunun  İcra başçısı Mərdan Camalov növbəti qəbullarını ucqar kəndlərdə keçirməyə başlayıb. Növbəti səyyar qəbul  Dekabrın 11-də rayonun İsaqbağı kəndində keçirildi. İcra hakimiyyəti başçısı aparatının, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, poçt, telekommunikasiya və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbulda vətəndaşlar İcra başçısına müraciət edərək kəndin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı xahişlərini, arzu və təkliflərini diqqətə çatdırıblar.

Eyni zamanda müraciətlərdə ucqar yaşayış məntəqələrində səyyar qəbulların keçirilməsindən razılıq ifadə olunub. Çıxışlarda son illərdə ölkədə həyata keçirilən sosial islahatlardan xalqın bütün təbəqələrinin bəhrələndiyi, maaş və müavinətlərin, pensiyaların dəfələrlə artırılmasının hər bir ailənin maddi durumunu yaxşılaşdırdığı qeyd olunub. Kənddə ikimərtəbəli müasir məktəb binasının tikilib istifadəyə verilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyi, bunun sayəsində ali məktəblərə daxil olan şagirdlərin sayının ilbəil artdığı minnətdarlıqla vurğulanıb.

Ölkədə həyata keçirilən uğurlu isahatlardan danışan RİH başçısı qarşıya qoyulmuş məqsədlər və görüləcək işlərə nəzərə çatdırıb. Bildirib ki, ən vacib məsələ olan əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində islahatlarda xidmət təşkilatları yaxından iştirak etməli, səy və bacarıqlarını artırmalıdırlar.

Vətəndaşların  müraciətlərini həssaslıqla dinləyən İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsindən ötrü əlaqədar rəsmi şəxslərə müvafiq tövsiyyə və tapşırıqlar verib.

Səyyar qəbulun sonunda Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov İsaqbağı kənd sakini 10-cu sinif şagirdi Xəqani Qaçayevi cüdo üzrə Azərbaycan çempionu olması münasibətilə təbrik etdi və idmançıya hədiyyə verdi.

Fakttv Coşqun Abdullayev

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar, masa ve iç mekan

Görüntünün olası içeriği: 9 kişi, Taliyət Əliyev dahil, oturan insanlar, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 12 kişi, Xeyyam Mammedov dahil, gülümseyen insanlar

Görüntünün olası içeriği: 5 kişi, iç mekanGörüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar ve iç mekan

Görüntünün olası içeriği: 11 kişi, Xeyyam Mammedov ve Ramin Əliyev dahil, takım elbise

Görüntünün olası içeriği: 7 kişi, Ramin Əliyev dahil, iç mekan

Görüntünün olası içeriği: 6 kişi, gülümseyen insanlar, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve iç mekan