Almaniya kansleri Angela Merkel “Normand dördlüyü”nün yekununda Rusiya prezidenti Vladimir Putini qalib kimi tanıyıb.

 

Fakttv.com  xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin Donasdakı münaqişə ilə bağlı davam edən 9 saatlıq görüşünün yekununda deyib.

 

“Bu gün sən qalibsən” – deyə Merkel mətbuat konfransına gedən zaman Putinə deyib. Bu zaman onun narazı halda olduğu gözdən yayınmayıb.