Fakttv.com xəbər verir ki,Təmiz Qaz QSC-nin Mingəçevir RM-nin rəhbəri Sədulla Rəsulov və Beyləqan bölməsi rəhbərliklə birlikdə cəphə bölgəsində yerləşən Cəbrayıl rayonu Cocuq Mərcanlı qəsəbəsində və Lələtəpə istiqamətində qaz borularına texniki baxış keçiriblər.

Qeyd edək ki,Texniki baxış zamanı qaz kəmərlərində və avadanlıqlarında qaz sızmalarının yerlərini, dərəcələrini  müəyyən etmək üçün xüsusu avadanlıqlarla  təchız olunmuş avtomaşınlardan,  mobil qurğulardan, xüsusu detektorlardan,  yeraltı kabellərin,polietilen və polad boruların yeraltı istiqamətini, kəsişmə və qaynaq nöqtələrini  müəyyən edən cihazlardan istifadə olunur.Qaz sızmalarının yerini və dərəcəsinin vaxtında aşkar etməklə  baş verəbiləcək  yanğın, parlayışların qarşısını almaq, qaz itkilərinin həcminin azaldılmasına yardımçı olmaq və ətraf mühitin qorunmasıdır.

Fakttv.com

Vüqar Rəhimov