Atlantik okeanında zəlzələ olub.

Fakttv.com xəbər verir ki, Kanadanın Nyufaundlend və Labrador əyalətinin paytaxtı Sent-Cons yaxınlığında 5,4 bal gücündə zəlzələ meydana gəlib.

Yerli vaxtla saat 02:36-da baş verən sarsıntılardan sonra sunami xəbərdarlığı verilməyib.

Bundan başqa, Yeni Zelandiyanın Şimal adasında da yerli vaxtla saat 12:58-də 5,3 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Qisborn şəhərindən 20 km məsafədə, dənizin 29 km dərinliyində yerləşib.