PKK terror təşkilatı Türkiyənin Şırnaq şəhərində terakt törədib.

Fakttv.com xəbər verir ki, hadisə nəticəsində 2 əsgər şəhid olub, 7-si yaralanıb.

Olay Sarıköy kəndi yaxınlığında yerləşən Pisiqayası Təpəsi istiqamətində olub. Sözügedən ərazidə kustar üsulla hazırlanmış bomba tapılıb. Əsgərlər bombaları zərərsizləşdirməyə çalışsa da, alınmayıb.