Braziliyanın köklü futbol klubu “Cruzeiro” öz evində “Palmeiras”a 2-0 məğlub olması səbəbindən alt liqaya düşüb.

Fakttv.com  xəbər verir ki, bu günə qədər bir çox məşhur futbolçunu dünya futboluna qazandıran və çempionluqlar yaşayan “Cruzeiro”, mövsümün son həftəsində A seriyası ilə vidalaşıb.

Qeyd edək ki, qarşılaşmanın son dəqiqələrində böyük məyusluq və kədər hissi yaşayan azarkeşlər matçın bitməsinə əngəl törədən hadisələr yaratdıqlarına görə, matç tamamlanmayıb.