Rusiyanın Krasnoyarsk şəhərində Qafqaz və Orta Asiyadan gələn 55 kq mal məhv edilib.

Kənd təsərrüfatı məhsullarına nəzarət idarəsinin işçiləri xaricdən gələn vətəndaşların baqajlarına baxış keçiriblər.

Fakttv.com-ın xəbərinə görə, baxış zamanı Azərbaycan, Özbəkistan və Tacikistandan Rusiyaya qanusuz şəkildə bal, ət və süd məhsulları keçirildiyi məlum olub.

Ümumi çəkisi 55,8 kq olan qanunsuz məhsul aidiyyəti üzrə məhv edilib.

Qanunu pozan 28 şəxs barəsində araşdırma başlayıb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Belqorod vilayətinə qanunsuz yunan qozu və kartof aparan azərbaycanlı saxlanılmış və barəsində cinayət işi açılmışdı.