İspaniya polisi Atlantik okeanında dünyada ilk narko-sualtı gəmisini ələ keçirib. Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, 65 futluq gəmidə 121 milyon dollardan artıq dəyərləndirilən üç ton kokain müsadirə olunub.

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, əməliyyat ölkənin Qalisi şəhərinin şimal-qərb sahilində həyata keçirilib.

Polisləri gördükdən sonra gəmini batırmağa cəhd edən üç heyətdən ikisi artıq həbs olunub. Digər şəxs axtarışdadır.

İstintaqa yaxın olan mənbədən agentliyə bildirilib ki, bu yükün arxasında “böyük adamların” durduğu ehtimal edilir, çünki təkcə sualtı gəminin özü 2,7 milyon dollar dəyərindədir.

İspan polisi narkotik dövriyyəsi üçün sualtı gəminin istifadəsinə ilk dəfə şahid olduqlarını vurğulayıblar.

O da bildilirilir ki, gəmi noyabrın 15-dən etibarən izlənmədə olub.

 

Bizimlə əlaqə saxlayın