Gəncə şəhərində 16 nömrəli orta məktəbdə ölüm hadisəsi olub.

Fakttv.com  Report-a istinadən xəbər verir ki, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli sinif otağında anidən huşunu itirib və yerə yıxılıb.

İlkin ehtimallara görə, 7 yaşlı qız xəstəlikdən ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.