Zərdab rayonunda maraqlı nikah mərasimi keçirilib.

21 noyabr 2019-cu il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində Ehram bəylə Xədicə xanımın təntənəli nigah mərasimi keçirildi.Belə ki, yeni ailə quran Ehram bəylə Xədicə xanım əsgər geyimində olub.

Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutub. Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər ailə məfhumunun aliliyini daim vurğulayıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasiminin keçirilməsi də artıq bir ənənə halını almışdır.

Mərasimdən öncə nigaha daxil olan gənclərə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Zərdab rayon Qeydiyyat şöbəsinin rəisi Rahim Nuriyev tərəfindən nigahları rəsmiləşdirilən gənclərə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tərəfindən xatirə hədiyyələri təqdim edilib. Nigaha daxil olan gənclərimizi və onların ailə üzvlərini bu münasibətlə təbrik edir, onlara xöşbəxt ömür, ailə səadəti arzu edirik.

Fakttv.com Coşqun

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 4 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve iç mekan

Görüntünün olası içeriği: 6 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar ve iç mekan

Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve iç mekan

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar ve iç mekan