Rusiyanın Dolqopurdnıy şəhərində 2 yerlik özəl helikopter Klyazma çayına düşüb.

Fakttv.com xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, helikopter elektrik naqillərinə toxunduqdan sonra çaya düşüb və batıb. Hadisə yerində elektrik naqillərinin də tapıldığı deyilir.

Axtarışlara dalğıclar cəlb edilib.

Ölən, yaxud xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Faktla bağlı cinayət işi açılıb.