“Rammstein” qrupunun lideri Till Lindemann pərəstişkarının çənəsini sındırıb.

“Bild” xəbər verir ki, hadisə Münhen şəhərində yerləşən hotellərin birində qeydə alınıb.

Lindemann dostu və rəfiqəsi ilə buradakı barda əylənib. Bu zaman 54-yaşlı pərəstişkarı ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib.

Rədd cavabı alan pərəstişkar əvəzində müğənninin rəfiqəsini təhqir etməyə başlayıb.

Yaranmış mübahisə zamanı “Rammstein”in solisti pərəstişkarını vurub və onun çənəsini sındırıb.

450 2