Kosovodakı situasiyanı Balkanlarda Rusiyaya münasibətdə sanitar dəhliz yaratmaq istəyənlər gərginləşdirir.

Fakttv.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasından Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Bu məqsədin reallaşdırılması üçün bütün region ölkələri NATO-ya daxil edilməlidir. Siz bunu Makedoniyanın adının dəyişdirilməsi məsələsində gördünüz. İndi biz görürük ki, Serbiyanı da Kosovanın müstəqilliyinin tanınmasını rəsmiləşdirməyə məcbur etmək istəyirlər. Bu, NATO-nun yolunu Qərbi Balkanlardakı yeni ərazilərə açacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Kosovo xüsusi təyinatlıları serb əhalinin yaşadığı bölgələrə daxil olaraq, burada həbslər aparıblar. Bundan dərhal sonra Serbiya ordunu tam döyüş hazırlığı vəziyyətinə gətirərək, Kosovo ilə sərhədə yeridib.