ABŞ olmadan İngiltərə, Fransa və Avstraliya 500 km-lik Türkiyə-Suriya sərhədində heç bir gücü dayandıra bilməz.

Fakttv.com xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Vladimir Yevseyev deyib. O bildirib ki, ABŞ öz öhdəliklərini müttəfiqlərinə yükləməyə çalışır:

“ABŞ-ın Liviyadakı müttəfiqləri təkbaşına Müəmmər Qəzzafini belə devirə bilməmişdi. Əgər həqiqətən ABŞ anidən Suriyadan getsə, koalisiya da orada qalmayacaq”.

Ekspert bildirib ki, Qərb ölkələrindən ibarət koalisiyanın yaradılacağı yönündə səsləndirilən iddialar Türkiyəni dayandırmaq məqsədi daşıyır.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin