Qadın və uşaqlar palçıq içində olan yolları düzətlməyə çalışıblar.

Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.

Bu barədə “Facebook” sosial şəbəkəsində Zülfiyyə Quluyeva adlı istifadəçi görüntülər paylaşıb.

Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib və bu da kənd sakinlərinə çətinliklər yaradıb.

Ərazidə yaşayan qadın və uşaqlar çala-çuxur, palçıq içində olan yolları düzətlməyə çalışıblar.

Görüntülər sosial şəbəkə istifadəçilərin narazılığına səbəb olub. (Oxu.az)
Bakı kəndində acınacaqlı mənzərə - FOTOBakı kəndində acınacaqlı mənzərə - FOTO

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin