Nadir Qafarzadənin mənzilindən külli miqdarda pul oğurlanıb.

Fakttv.com xəbər verir ki, müğənni bu barədə “5/5″də danışıb.

Nadir aparıcı Zaur Kamalın “Küsülü olduğun insan var?” sualına cavab verərkən evindən edilən oğurluqla bağlı geniş açıqlama verib.

Nadirin sözləri hər kəsi məəttəl qoyub:

“Heç kimlə küsülü deyiləm. İnciklik ola bilər, amma heç o da yoxdur. Mən küsülü qalmağı xoşlamıram.

Hətta bu yaxınlarda bizim yaxın qohumlardan bir nəfərə qarşı mən haqsızlıq etmişdim. Evdən çoxlu miqdarda pul itmişdi. Mən elə bildim o götürüb, babal yudum. Mən o xanımdan bildim. Sonra dəqiq bildim ki, o qadın deyil. Ona zəng edib, üzr istədim ki, birdən mənə nə isə olar, o dünyaya günah aparmayım özümlə. Halal pul idi, getdi. 50 min dollar idi, təxminən 100 min manata yaxın. Şükür Allaha, mənim həyat yoldaşım o mənada mənə dəstək olur.

Bu hadisə hardasa il yarımdır baş verib. İlk dəfədir deyirəm bunu. Evə polis də gətirmədim. Dedim tanışlardan çıxar, utandım. Məndə haramçılıq yoxdur. Mən 1 manat da tapanda yiyəsini axtarıram ki, yiyəsinə verim. Hələ mənim boğazımdan haram tikə keçməyib. Oldu da, təki salamatçılıq olsun!”.

Fakttv.com  Vüqar Rəhimov

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin