“Səni neçəyə alıblar, Madrid küçüyü?” – Buffon

“Səni neçəyə alıblar, Madrid küçüyü?” – Buffon

“Yuventus”un qapıçısı Canluici Buffonun “Real”la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında meydandan hansı sözlərə görə qovulması məlum olub.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, 90+3-cü dəqiqəqə qırmızı vərəqə alarkən ingiltərə hakim Maykl Oliverin ünvanına təhqiramiz sözlər işlədib. Buffonun konkret olaraq hakimə “səni neçəyə alıblar, Madrid küçüyü?” dediyi iddia olunur.

Xatırladaq ki, 90+3-cü dəqiqədə Buffona qırmızı vərəqə göstərilməklə yanaşı 3:0 hesabı ilə irəlidə olarkən “Yuventus”un qapısına penalti təyin edilib. Meydan sahibləri penaltini dəqiq yerinə yetirib və iki oyunun nəticəsinə əsasən (1:3, 3:0) yarımfinala vəsiqə qazanıb.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin